Heydər Əliyev Sarayında əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin "Biri varmış, biri yoxmuş" adlı sənət gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecədə millət vəkilləri, mədəniyət və incəsənət xadimləri, şou-biznes nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqları salamlayan Aygün Səmədzadə bildirib ki, gecədə təqdim olunacaq əsərlər uzun illərin zəhmətinin bəhrəsidir. Zaman-zaman içində gəzdirdiyi hisləri, duyğuları musiqi ilə paylaşdığını söyləyən bəstəkar deyib ki, əgər bəstələrimi insanlara sevdirə bilmişəmsə demək çəkdiyim zəhmət hədər getməyib. Sənətinə verilən diqqətə görə bütün musiqisevərlərə minnətdarlığını bildirən bəstəkar sözü musiqiyə verib.
Qeyd edək ki, gecədə bəstəkarın populyar mahnıları ilə yanaşı, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları da təqdim olunub. Bəstəkarın sənət gecəsində tanınmış müğənnilər səbəbkarın mahnılarını oxyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB