Məşhurlar “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışında FOTOLAR
Bakıda, Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. SİA-nın verdiyi xəbərə görə, bu yarmarka artıq üçüncü ildir ki, "Nargis Fund"un rəhbərliyi ilə keçirilir. Kiçik taxta köşklərdə qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunub.
Açılışda iştirak edən əməkdar artist, şoumen Murad Dadaşov fondun təsisçisi Ülviyyə Mahmudova sponsorlar ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sairə) yardım göstərildiyini bildirib və uşaq evlərinin yetirmələri hər il bu yarmarkanın qonağı olduğunu söyləyib.
"Nargis Fund"un icraçı direktoru Nigar Nəzərova da səhnəyə çıxaraq fikirlərini bildirib: "Ay ərzində yarmarka çərçivəsində maraqlı tədbirlər keçiriləcək, yarmarkanın həm yaşlı, həm də azyaşlı qonaqları üçün çoxsaylı əyləncələr təşkil ediləcək və onlar özlərini əsl "Qış nağılı"nın qəhrəmanları hiss edəcəklər. Tanınmış brendlərin çoxu öz məhsullarını yarmarkada təqdim edib. "Biz mələyik!" şüarı ilə keçirilən bu yarmarkada doğma və yaxınlarımız üçün Yeni il hədiyyələri almaq və bununla da ehtiyacı olan xeyli uşağa sevinc bəxş etmək olar. Mələklər isə layihəyə cəlb olunan, yardıma böyük töhfə verən, uşaqların müalicəsinə və əylənməsinə kömək göstərən sponsorlar, könüllülər və iştirakçılardır".
Qeyd edək ki, bir çox tanınmışların iştirak etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasını xalq artisti Zülfiyyə Xanbabayeva açıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB