Emin Ağalarov konsertinin vaxtını uzatdı

Emin Ağalarov konsertinin vaxtını uzatdı

Müğənni-bəstəkar Emin dekabrın 20-də Bakıda verəcəyi konsertinin vaxtını uzadıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb:"Dekabrın 20-də baş tutacaq konsertə 20 gün qalıb. Amma indidən biletlərin hamısı satılıb. Bilet ala bilməyənlərə isə yaxşı xəbərimiz var. Növbəti konsertimiz dekabrın 22-də baş tutacaq".

Qeyd edək ki, "Boomerang" adlı konsert Heydər Əliyev Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə