27 gündən sonra evlənəcək müğənnimiz nişanını geri qaytardı TOY OLMAYACAQ

27 gündən sonra evlənəcək müğənnimiz nişanını geri qaytardı TOY OLMAYACAQ

Dekabr ayının 28-də toyu olacaq müğənni Yaşar Cəlilov nişanını geri qaytarıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb: "Əziz dostlar artıq nişanlı deyiləm. Bu barədə artıq söz eşitmək istəmirəm. Niyə?, nə üçün?, Sənmi nişanı qaytardın, yoxsa o? suallarını verməyin. Allahın məsləhətinə şükür. Qarşı tərəflə yola getmədik, ayrılmaq qərarına gəldik. Sizə söz verirəm. Gələn il may ayına qədər evlənəcəm. Hər kəsə xoşbəxt olmağı arzu edirəm".

Qeyd edək ki, Yaşar Cəlilov Zəhra adlı jurnalist xanımla nişanlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə