Çelik Bakıya gəlir

Türkiyəli müğənni Çelik Bakının qonağı olacaq. SİA-nın məlumatına görə, sənətçi dekabrın 31-də Yeni il gecəsində konsert proqramı ilə çıxış edəcək. Həmin gün türkiyəli ifaçı ilə yanaşı səhnəyə əməkdar artist Ədalət Şükürov, müğənnilər Yeganə Mürsəlova, İlqarə Kazımova da çıxacaq.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə