ATV-nin aparıcısı Qırmızı dənizdə övladı üçün dua etdi VİDEO
Efirində yayımlanan "Zərif Qəhrəman" verilişində xəbər aparıcısı Lalə Azərtaş ana olduğu zaman yaşadığı ilk hisslərindən danışıb: "Anasansa, demək sən qəhrəmansan. Ana olmaq xoşbəxt olmaq deməkdir. Ana ilk baxışdan övladına vurulur və ömrünün son nəfəsinə qədər övladıyla gülür, ağlayır. Allah mənə 2 dəfə bu xoşbəxtliyi nəsib edib. 2 qız övadım var. 23 yaşımda ana oldum. 2-ci övladım 3 il fasilədən sonra dünyaya gəldi. Ani elə bir dəyişiklik, xoşbəxtlik baş verir ki, həyatında 9 ay sən onu idarə edirsən və dünyaya gələndən sonra qadın övladının həyatına uyğun olaraq başlayır həyatını qurmağa. Qadın ana olmaq ərəfəsində o qədər saf olur ki, Allah onun duasını daha tez eşidir. Deməli, bizim ailədə hamı qəhvəyi gözə sahibdir. İkinci övladım dünyaya gələnə yaxın biz Qırmızı dənizdəydik, gəmi ilə dənizin altına daldıq, suyun rəngi göm-göy idi və ürəkdən bir dua etdim: Allahım, bu dəniz rəngdə mavi gözlü uşaq istəyirəm. Möcüzə oldu. İnanmazsız, uşaq dünyaya gələndə uşağın gözünün mavi rəng olduğunu gördüm və qəribə bir hiss yaşadım. Allahım məni eşitdi, dedim. İstəyəndə ürəkdən istəmək lazımdır, onda Allah verir".
Lalə Azərtaş vaxtını iş və övlada necə sərf etməkdən də danışıb: " 2 seçim olur: uşaq və iş. Səbr etmək lazımdır, hər şey yoluna girəcək. 2 övladım olduğu üçün 10 il işdən uzaqlaşdım. Bütün həyatımı övladlarıma, ailəmə sərf etdim. Bəlkə də, yer üzündə mənə çatmayan yeganə fərq oğlan-qız fərqidir. Əsas xeyirli övlad yetişdirməkdir. Allah heç kimin qucağını boş qoymasın".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB