Rəqsanə: "Vay dədəm, mən nə gündə olmuşam?" VİDEO

Rəqsanə: "Vay dədəm, mən nə gündə olmuşam?" VİDEO

Rəksanə plastik əməliyyatdan öncəki görünüşündən danışıb. 5-6 dəfə əməliyyat etdirən sənətçi indi bunu əziyyətini çəkir.
Müğənni bu barədə "10lar" verlişinə danışıb: "Bir çoxları plastik əməliyyatdan çıxıb, deyirlər anadangəlmə belə idik. Mən öz köhnə şəkillərimə baxanda "vay dədəm, mən nə gündə olmuşam?" deyirəm. Bunu deməkdə çəkinmirəm, olanı deyirəm. Şəkillərdə burnum nə boyda idi. Bu yaxınlar bir şəklimi mənə göndəriblər. Baxıb deyirəm ki, "kül başına Rəksanə, nə gözəl qız olmusan, özünü niyə bu günə qoymusan? Elə yaxşı yumru qız olmuşamki. Bilsəydim əməliyyat etdirməzdim. 5-6 dəfə əməliyyat etdirmişəm. Lazım olsa, yenə etdirəcəm. Plastik əməliyyat narkomanların narkotikə alışdığı kimidir. Vaxt var idi gel doldururduq sifətimizə. İndi isə hamı çıxardtdırır. Məndə dodağımdakı gelləri çıxartdırmışam və etiraf edirəm ki səhv edib onu vurdurmuşdum. O qədər arıq idim, gellə sifətimi doldurmuşam ki, toppuş görünüm. Əziyyətini çəkirəm, hər dəfə əməliyyatla onlardan canımı qurtarıram. Bizim şou-biznesdə bütün əməliyat etdirənlərin burunları bir birinə bənzəyir. Röyaya yaltaqlanmaq üçün demirəm, amma onun burnunun quruluşu xoşuma gəlir. Bildiyimə görə, Türkiyədə elətdirib və gözəl alınıb. Aygün Kazımova və Xatirənin də burnu yaxşıdı".

Bütün xəbərlər Facebook səhifəmizdə