Bir müddətdir yoxa çıxan sənətçidən xəbər var

Bir müddətdir yoxa çıxan sənətçidən xəbər var

Müğənni Murad Mehrəliyev bəstəkar Nailə Mirməmmədli ilə yenidən bir araya gəlib. SİA-ya bu haqda ifaçı ətraflı məlumat verib: "Bir müddətdir ki, efirlərdən kənaram. Amma bu o demək deyil ki, incəsənət aləmindən uzaqlaşmışam. Sadəcə olaraq repertuarımı təzələyirəm. Başım işlərimə qarışıb. Belə ki, dəyərli bəstəkar və müəlliməm Nailə Mirməmmədli ilə yeni mahnı üzərində çalışırıq. Bəstənin adını hələ ki, açıqlamayacam. Çünki bu aralar mövzu qıtlığı var. Qorxuram yeni üzərində işlədiyim bəstənin adını söyləyim, məndən öncə hansısa həmkarım məni qabaqlayar. Hazırda Nailə xanımla üzərində çalışdığımız mahnını tezliklə dinləyicilərin ixtiyarına verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə