Rusiyanın "Səs" ("Голос") yarışmasının azərbaycanlı iştirakçısı Emil Qədirov növbəti dəfə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, proqrama Bakıdan qatılan 22 yaşlı Emil "nokautlar" mərhələsində əfsanəvi ifaçılardan olan Janis Joplinin repertuarında "Me And Bobby McGee" mahnısını səsləndirib. Həmyerlimiz komanda rəhbəri Aleksandr Qradskinin seçimi ilə 1/4 finala vəsiqə qazanıb
Qeyd edək ki, ORT telekanalında yayımlanan "Səs" yarışmasının münsiflər kürsüsündə "Eurovision" iştirakçısı Polina Qaqarina, müğənnilər Qriqoriy Leps, A.Qradskiy və repçi Basta əyləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB