Nicat Rəhimov: ""Bozbash Pictures”komandası yeni serial çəkir" FOTOLAR

Nicat Rəhimov: ""Bozbash Pictures”komandası yeni serial çəkir" FOTOLAR

"Bozbash Pictures"komandasından yeni xəbər var. SİA-ya bu haqda komandanın üzvü "Şirin" (Nicat Rəhimov) məlumat verib: " Bozbash Pictures" komandası yeni serial çəkir. Orada Şirin, Ağsaqqal, Şəmi, Şöşü, Fəlakət obrazları olmayacaq. Yeni rollarda tamaşaçıların qarşısına çıxacağıq. Yeni ərsəyə gətirəcəyimiz serialda "Bozbash Pictures"in komandasından savayı, tanınmış simalar da iştirak edəcək".

Nicat Rəhimov "Bozbash Pictures"in komandasında vağzalı çalınacağını deyib: " İlkin Həsəni, Elşən Orucov və mən gələn il evlənmək istəyirik. Amma hələ ki, komanda da kimin toyu birinci olacağı bilinmir".

Bütün xəbərlər Facebook səhifəmizdə