Xatun Könül Kərimovadan üzr istəyərək ağladı

Xatun Könül Kərimovadan üzr istəyərək ağladı

Şou-biznesdə növbəti küsülülüyə son qoyulub. SİA-nın verdiyi xəbərə görə, müğənni Xatunla Könül Kərimova verilişlərin birində barışıblar. Xatun həmkarından üzr istəyərək onu qucaqlayıb və sözləri deyib: "Günah məndəydi. Gördüm, Könül Kərimova verilişdədi, ürək edib gəldim. Könül Kərimova hər zaman mənə hörmət edib. Amma mən onu parodiya edəndən sonra bildim ki, xətrinə dəymişəm. Könül xanım da böyüklüyünü göstərib məni bağışlasın".

Könül Kərimova isə cavab olaraq bildirib: "Mənim ürəyimdə kin yoxdu, amma qəlbimə dəydi".

Beləliklə, hər iki müğənni göz yaşlarını saxlaya bilməyərək soyuq münasibətə son qoyaraq barışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə