Roza Zərgərli haker hücumuna məruz qaldı

Roza Zərgərli haker hücumuna məruz qaldı

Müğənni Roza Zərgərlinin "YouTube" kanalına haker hücumu olub. SİA-nın verdiyi xəbərə görə, müğənninin "YouTube" video izləmə portalında 2 kanalı olub. "RozaZergerli" adlı kanalda müğənninin bütün klipləri, çıxdığı verilişlərdə ifa etdiyi mahnılar, "RozaZergerliTV" adlı kanalda isə müğənninin telekanallara verdiyi müsahibələr və çıxdığı verilişlər yer alıb. Eyni gündə müğənninin kliplərinin yer aldığı kanalla bağlı 5 şikayət daxil olub və "YouTube" administrasiyası tərəfindən portaldan silinib.

Roza Zərgərli "Qəmli nağıl" klipi ətrafında yaranan qalmaqala xüsusi toxunub: " "Qəmli nağıl" klipi qanlı nağıla çevrilmək üzrə idi. Bu qalmaqaldan istifadə edənlər oldu. Hətta cürət edib, klipimi belə "YouTube"dan sildirdilər. Mən elə bilirdim bu, Aygün Kazımovanın işləridir. Amma bir neçə həftədir bütün vaxtımı bu işə ayırmışam və bunu edən şəxsin kimliyi məlum olub. Həmin şəxsin ev ünvanına kimi əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz".

Qeyd edək ki, Roza Zərgərli növbəti həftə media nümayəndələri ilə görüş keçirib şok faktları ortaya qoyacaq. Hazırda müğənni "YouTube" kanalının bərpa olunması üzərində iş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə