Dördüncü dəfə ana olacaq müğənni

Dördüncü dəfə ana olacaq müğənni

Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olmağa hazırlaşır. SİA-nın məlumatına görə, müğənni özü bu haqda məlumat verib. Dördüncü dəfə ana olacağına ürəkdən sevinən Elnarə hazırda özünü çox xoşbəxt hiss etdiyini etiraf edib: "Hazırda bütün dünyanı, bəşəriyyəti sevirəm. O qədər xoşbəxtəm ki... Bu paya görə Allahıma min şükr edirəm. Allah bütün hamilə qadınları, bütün balaları qorusun. Əslində istərdim ki, qız övladım dünyaya gəlsin. Hər zaman arzulamışam ki, iki oğlum, iki qızım olsun. Amma yenə də Allahın verdiyinə şükr. İstər qız, istər oğlan olsun, fərq etmir. Əsas odur ki, sağlam dünyaya gəlsin, xoşbəxt, ata-analı böyüsün, vətəninə, xalqına layiqli övlad olsun".

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burla Xatun, Tuğər Harun və Öndər Xaqan adlı üç övladları var.

Bütün xəbərlər Facebook səhifəmizdə