Məşhurlar xeyirxahlıq edəcək FOTO

Heydər Əliyev Sarayında "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertin həyata keçməsinə səbəb fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdi.

Tədbirdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikyılova, Vüsalə Əliyeva, Xatirə Hacıyevə, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak edəcək və mahnılar səsləndirəcəklər.

Qeyd edək ki, dekabrın 3-də müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət "Duyğu" xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə