Şəbnəmi Kamilə yaraşdırmadılar

Xəbər verdiyimiz kimi müğənni Kamil Cəfərovla ifaçı Şəbnəm Əsədova "Yaranmışıq biz" adlı duet oxuyub. Mahnının bir qismini sənətçilər sosial şəbəkədə paylaşıblar. Onların bu paylaşımı uğurlu olmayıb. Belə ki, dinləyicilər Şəbnəm Əsədovanı Kamil Cəfərova duet ortağı kimi yaraşdırmayıblar.

Məsələ ilə bağlı olaraq mahnının bəstəkarı Ruslan Əhmədoğlu inanılmaz fikirlər söyləyib: ""Yaranmışıq biz" dueti hələ tam hazır olmasa da müzakirələrə səbəb olub. Sosial şəbəkədə Kamil Cəfərovu sevənlər Şəbnəm xanımı bayağı mahnılar oxuduğu üçün sərt şəkildə tənqid edirlər. Onları duet ortağı kimi bir-birlərinə yaraşdırmırlar. Amma fikrimcə dinləyicilər "Yaranmışıq biz" bəstəsi tam hazır olduqdan sonra dinləyib, qərarlarını versinlər. Çünki Şəbnəm xanımı bu mahnıda tam başqa ampulada görəcəksiniz. Məncə, duet hazır olduqdan sonra bəyənəcəksiniz".

Qeyd edək ki, "Yaranmışıq biz" mahnısının sözləri Əhməd Həsənovun, musiqisi Ruslan Əhmədoğlunun, aranjimanı İlkinindir.

Bütün xəbərlər Facebook səhifəmizdə