Xatirə əməliyyat olunan oğlu ilə Bakıya qayıtdı FOTOLAR

Xatirə əməliyyat olunan oğlu ilə Bakıya qayıtdı FOTOLAR

Novosibirskdə yerləşən xəstəxanalardan birində oğlu Emili ürəyindən əməliyyat etdirən Xatirə İslam vətənə dönüb. SİA-nın verdiyi xəbərə görə, müğənni "İnstagram" da fotolarını paylaşıb.

X.İslamın oğlu ürəyində yaranan problemdən dolayı əməliyyat olunmuşdu. Müğənni oğlunun əməliyyatından öncə açıqlamasında bu sözləri demişdi: "Professorların gəldiyi nəticəyə görə hamiləlik vaxtı həddən artıq qrip xəstəliyi keçirdiyim üçün uşağımda anadangəlmə ürək dəlikləri var idi. Mən bunu övladım bətnimdə olanda artıq bilirdim. Sadəcə olaraq, bu dəliklər çox zaman özü qapanır. Emildə bağlanmadığı üçün uşaq inkişaf etmirdi. Çox zəif idi, buna görə də dəlikləri cərrahi müdaxilə ilə bağlatdırdıq. Çox şükür ki, övladımın həyati təhlükəsi yoxdur. Bu statusumu bütün qadınlar oxusun, övladlarınızı qoruyun".

X.İslamla oğlu Emilin yeni fotolarını oxuculara təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə