“Qala” Ceyhun dünya çempionu ilə rinqə çıxdı FOTOLAR

“Qala” Ceyhun dünya çempionu ilə rinqə çıxdı FOTOLAR

"Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev dünya və Avropa çempionu olan Anar Süleymanovla rinqə çıxıb. SİA-ya açıqlama verən sənətçi hər bir insan üçün idmanın vacib olduğunu deyib: "Mənə görə, "idmanı vaxtım olanda edirəm" fikri yanlışdır. İdmanı peşəkar treyninqlərin nəzarəti ilə etmək vacibdir. İdmana sırf arıqlamaq nöqteyi nəzərdən baxmıram. Pəhrizimi saxlayıram. İdmanı həm fiziki güc toplamaq, həm də sağlamlıq və formada qalmaq üçün vacib hesab edirəm. Mənə görə, kişi özünü lazım gəldiyi məqamlarda müdafiə etməyi bacarmalıdır. Bu nöqteyi nəzərdən həftədə bir neçə dəfə idman zalına gəlib, dostum Anar Süleymanovla məşq edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə