Xalq artisti Firəngiz Mütəllimova Türkiyəyə səfər edib. SİA-nın verdiyi xəbərə görə, aktrisanın qardaş ölkəyə getməsinə səbəb səhhəti ilə bağlıdır. Müayinəyə yollanan xalq artisti bir müddət əvvəl başından əməliyyat olunsa da, hazırda səhhətində heç bir problem yoxdur: "Allaha çox şükür. Səhhətimdə ciddi problemlər olmadı. Müalicə davam edəcək. Allah hamımıza kömək olsun. Amin".
Qeyd edək ki, F.Mütəllimova 2013-cü ildə Türkiyədə ağır beyin əməliyyatı keçirib. Sənətçi güclü qan təzyiqindən əziyyət çəkirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB