Moskvada yaşayan həmyerlimiz Leyla Əliyevanın mahnısını oxudu FOTOLAR
Uzun illər Moskvada fəaliyyət göstərən müğənni Ələsgər Əliyev artıq Azərbaycana geri dönmək qərarını alıb. 35 yaşlı ifaçı hər tərzdə mahnı oxumaq qabiliyyətinə malikdir. Qısa müddətdir Bakıda fəaliyyət göstərən Ələsgərin mahnıları artıq bütün ölkə radiolarında dinlənilir və tələb olunur. İlk dəfə Heydər Əliyev adına Sarayda Fidan Hacıyeva ilə səhnəyə çıxan Ələsgərin bu il Rəşid Behbudov adına mahnı teatrında da çıxışları olub. Yalnız keyfiyyətli musiqilər oxumağı qarşısına məqsəd qoyan Ələsgəri Moskvada da tanıyanların sayı az deyil. İfaçının yeni mahnılarından olan "Clavat tebe milyard raz" isə qısa müddətdə dinləyicilər tərəfindən marağa səbəb olub. Onun bu mahnısına isə sənətdə sözünü demiş şəxslər dəstək olub.
Fidan Hacıyeva: "Bu mahnının həm sözləri, həm musiqisi çox möhtəşəmdir. Ələsgər isə öz səs tonu ilə sanki mahnıya xüsusi sehr verir. Dinləməkdən yorulmadığım musiqilərdəndir".
Faiq Şücəddinov: "Düşünürəm ki, Ələsgərin ifasında olan bu mahnı Alla Puqaçovanın "Milliyon" mahnısından daha üstün olacaq".
Nisə Qasımova: "Mənim Ələsgərin səs tonundan çox xoşum gəldi. İnsanı yormayan səsi var".
Qeyd edək ki, mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Eldar Həsənova məxsusdur.



.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB