Bir neçə gün bundan öncə saytımız vasitəsi ilə kişi həmkarı Kamil Cəfərovla bir araya gəlmək istədiyini bildirən müğənni Şəbnəm Əsədova arzusuna nail olub. Belə ki, xanım Əsədova Kamil ilə iş birliyi qurub.
SİA-ya bu haqda Kamil Cəfərov açıqlama verib: "Bir müddət öncə Şəbnəm Əsədova onunla birlikdə duet oxumağımı istədi. Mən də böyük məmnuniyyətlə Şəbnəm xanımın təklifini qəbul etdim. Hazırda sözügedən duetimiz üzərində işlər gedir. Belə ki, yeni ərsəyə gələcək mahnımızın sözləri Əhməd Həsənovun, musiqisi Ruslan Əhmədoğlunun, aranjimanı İlkinindir. Şəbnəm Əsədova ilə duetim inanıram ki, dinləyicilər tərəfindən yaxşı qarşılanacaq. Xanım həmkarımla yeni işimizi tezliklə sevənlərimizin ixtiyarına verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB