Reytinq qurbanı olan serial vaxtından əvvəl bitəcək

Reytinq qurbanı olan serial vaxtından əvvəl bitəcək

"Kiraz Mevsimi" serialının final tarixi dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işinin 60-cı seriya ilə bitəcəyi deyilmişdi. Lakin serialda iştirak edən Neslihan Yeldan İnstaqram hesabında layihənin daha tez, 59-cu seriyada bitəcəyini açıqlayıb.Baş rollarında Serkan Çayoğlu və Özge Gürelin oynadığı serial noyabrın 28-də bitəcək.

Qeyd edək ki, serialın tez bir zamanda bitməsinə səbəb reytinq qurbanı olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə