Aktyora hansı cəzanı verdilər?

İçkili halda avtomobil idarə etdiyinə görə aktyor Caner Cindoruk haqqında 1 ay 20 gün həbs cəzası veriləcəkdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Asliyə Cəza Məhkəməsində keçirilən prosesə vəkili ilə birlikdə qatılan Cindoruk ifadəsində günahını qəbul edib. Sonda məhkəmənin qərarı ilə sürücülük vəsiqəsi əlindən alınan aktyorun həbs cəzası min lirə pul cəzası ilə əvəz edilib.

Qeyd edək ki, aktyor "Aramızda Kalsın" ( Civan), "Yabancı" (Ferhat), "Yaprak Dökümü"( Doktor Nazmi) və s. seriallarında rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə