Ceyhun:““Qala” qrupunun üzvlərinə pul xərclətdirə bilmirəm” MÜSAHİBƏ-FOTOLAR
"Qala" qrupunun rəhbəri, müğənni Ceyhun Əliyevin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yeniliklər var?
-Bildiyiniz kimi bir neçə gün bundan öncə yeni fotosessiyamı və həyat yoldaşıma həsr etdiyim "Dünyamın sabahı" mahnımı təqdim etdim. Hazırda yeni bəstələr üzərində çalışıram.
-Yenicə işıq üzü görən mahnınızı ekran işi verdirməyi düşünürsünüzmü?
-Bəli, "Dünyamın sabahı" adlı bəstəmə klip çəkdirəcəm. İstəyirəm ki, ekran işində zövqlü insanların fikri olsun. On görə də mahnıya ekran işini vermək üçün rejissor Xan Qaraxanovu seçmişəm. Bu layihəyə nəzarəti isə Bəhruz Qəlbinur edəcək.
-Yeni fotosessiyanızı motoskilet üzərində etdiniz. Sizcə bu layihə insanlar tərəfindən necə qarşılandı?
-Səviyyəcə yüksək olan insanlar bu işimi bəyəndilər. Amma uşaq-muşaqlar bu fotosessiyama ağız əydilər. Təbii ki, mən də şüursuz insanlara cavab vermədim. Bu da mənim tərbiyəmdən irəli gəlir.
-Son günlər sizi qrup şəkildə görə bilmirik. Buna səbəb nədir?
-Efirlərə "Qala" qrupundan ancaq məni çağırırlar. Buna səbəb televiziya məkanındakı studiyalarda qonaq sayının az olmasıdır. Efir vaxtı studiyaya 3 oturcaq qoyulur. Bizdə qrupda 3 nəfər olduğumuz üçün digər qonaqların əyləşməsinə yer qalmır. Eyni zamanda efir məkanında qruplar önəmli deyil. Qruplar el şənlikləri üçün maraqlıdır.
- Bu o deməkdir ki, siz "Qala" qrupunu toylar üçün yaratmısınız?
-Xeyir. Sadəcə olaraq razılaşmaq lazımdır ki, qrup hazırda tamaşaçı üçün önəm kəsb etmir.
-Sizcə, qrup şəklində fəaliyyət göstərmək asandır yoxsa çətin?
-Mənim ilk uğurlarım qrupda olarkən başlayıb. Amma istedadı olan ifaçı qrupda qala bilmir. Məsələn Ramal İsrafilov, Elçin Cəfərov və mən qrup halında bir araya gələ bilmərik. Çünki üçümüzündə özümüzə məxsus fikirlərimiz var.
-Qazandığınız pulları daha çox hara xərcləyirsiz?
-Əldə etdiyim gəlirləri geyimlərimə, mahnılarımın aranjimanına sərf edirəm. Amma mən "Qala" qrupunun üzvlərinə pul xərclətdirə bilmirəm.
-Buna səbəb nədir?
-Qrupun solistləri deyirləri ki, ya kreditimiz var, ya da ki, pul yığırıq.
-Çətinliyə düşən zaman hansısa həmkarınızdan məsləhət alırsınız?
-20 yaşından Ədalət Şükürovun yanındayam. Problemim olanda ondan məsləhət alıram.
-Kiməsə vəd verib, sözünüzü tutmadığınız anlar olub?
-Əsla kiməsə söz verib, yalançılıq etməmişəm. Amma şou-biznesdə vəd verib, əməl etməyən insanlar çoxdur. Bəzi adamlar da onlara inanır.
-Şəxsi həyatınızda yenidən ata olmağı düşünürsünüz?
-Yenidən ata olmaq kimi niyyətim yoxdur. Hələ ki, qızım balacadır. O, bir az böyüyəndən sonra bu haqda fikirləşərəm.
Bütün xəbərlər Facebook səhifəmizdə