Xəstəxanada yatan xalq artistini məşhurlar ziyarət etdi FOTO
Xəbər verdiyimiz kimi xalq artisti İlhamə Quliyeva səhhətində yaranan problemlə əlaqədar olaraq bir müddətdir xəstəxanada müalicə alır. SİA-nın verdiyi xəbərə görə, xalq artistini şou-biznesin məşhur simaları ziyarət ediblər. Xəstəxanada çəkilmiş fotonu sosial şəbəkədə müğənni Könül Kərimova paylaşaraq "Bu gün dəyərli sənətkarımızı ziyarət etdik. Allah köməyində olsun" sözlərini yazıb.
Qeyd edək ki, İ.Quliyevanı xəstəxanada ziyarət edənlər arasında əməkdar artistlər Firuzə ibadova, Cavanşir Məmmədov, Abbas Bağırov, müğənnilər Eldəniz Məmmədov, Könül Kərimova, Nazim Faytonçu, aparıcı Nanə Ağamalıyeva və başqaları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB