Cem Yılmaz İradə İbrahimovanın mahnısını belə oxudu VİDEO

Cem Yılmaz İradə İbrahimovanın mahnısını belə oxudu VİDEO

Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz azərbaycanlı müğənni İradə İbrahimovanın repertuarından "Neyləyək alınmadı" mahnısını yeni nümayişə buraxılan "Əlibaba və 7 cücələri" filmində səsləndirib.

Filmdən həmin kadrlara baxan İradə İbrahimova təəssüratını bölüşüb: "Eşq olsun Vaqıf Gərəyzadəyə. Bu cür əsər bəstələyib. Ürəyinizə sağlıq Vaqif müəlim. Çox şanslıyam sizinlə iş birliyim olduğu üçün. Şanslıyam məhz bu mahni mənim bəxtimə çıxdığı üçün. O günü heç unutmaram, ilk dəfə bu mahnının son versiyasını dinləməyə getdiyimdə ağlamışdım sevincimdən... Elə o vaxtdan bu mahnı mənə sevinc bəxş eləyir. Bir daha təşəkkürlər Vaqif Gərayzadə! Yaxsi ki varsınız. Yaşayın yaradın!"
Qeyd edək ki, Cem Yılmaz "Ali Baba və 7 Cücələr"in həm ssenari müəllifi, həm rejissorudur. Komediya aktyoru filmdə baş rolu oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə