Rəqsanə hər kəsi aldatdı? FOTOLAR

Müğənni Rəqsanə İsmayılova ötən gün mediada yer alan yeni villa alması xəbərinə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı dünən sosial şəbəkələrdə paylaşdığı fotolardakı villanın ona aid olmadığını yazıb: "Ay insanlar, bu mənim evim deyil, beynim getdi. Tanıdığım bir xanımın evidir. Bütün saytlar yazıb ki, Rəqsanənin villasıdır. Evdi də burada qəbahət nə var ki?".

Qeyd edək ki, Rəqsanə bir müddət əvvəl bağ evinin tikildiyini deyərək, şəkillərini yaymışdı. Bu da ifaçının son paylaşdığı fotolardan sonra Nardaranda yeni villa alması xəbərinin yayılmasına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə