Stilistimiz ölümdən döndü

Məşhur stilist Samiraldonun (Samir Əliyev) səhhətində problem yaranıb. SİA-ya açıqlama verən stilist zəhərləndiyini deyib: "Ürəyim pomidor turşusu istədi, aldım yedim. Gecə saatlarında halım qəflətən pisləşdi. Yaxınlarım məni həkimə çatdırdılar. Həkim dedi ki, vaxtında səni xəstəxanaya çatdırıblar. Yoxsa ölə bilərdin. Bir sözlə ölümdən döndüm. Ötən gün isə mənə ev şəraitində sistem köçürüldü. Hazırda evdəyəm, yavaş-yavaş özümə gəlirəm. Xəstələnmək çox pisdir. Allah heç kimi sağlamlığı ilə sınağa çəkməsin ".

Bütün xəbərlər Facebook səhifəmizdə