Bir çox serial və filmlərdə yer alan, 90-ci illərdə "Min bir sürət" adlı komediya proqramına aparıcılıq edən Atilla Arcan vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onun ölüm xəbərini həmkarı Cem Yılmaz tvitterdə yazıb. İnfarkt keçirən A.Arcan dünən xəstəxanaya çatdırılaraq əməliyat olunub. Əməliyyatdan az sonra isə o, dünyasını dəyişib.

Qeyd edək ki, Atilla son olaraq "Seksenler" və "Aşk emek ister" seriallarında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə