Bir müddət öncə Azərbaycan şou-biznesinə qoşulmağı planlaşdıran türkiyəli müğənni Adil Karacadan xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı yeni bəstə üzərində çalışır. Belə ki, mahnı "Eşq hekayəsi" adlanır. Bundan öncə Rusiyada və Türkiyədə peşəkar rejissorlarla çalışan Adil Azərbaycanda yeni mahnısına klip çəkdirmək istəyir. Karaca hələ Azərbaycanda görüləcək çox işlərinin olduğunu deyib.
Qeyd edək ki, mahnının sözləri Leyli Erola, musiqisi Aynur Adilqızına, aranjimanı isə Hatem Tutkuşa məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB