Bir çox tamaşaçıların maraq dairəsinə çevrilən "Çilek Kokusu" istənilən reytinqi qazanmadığı üçün final edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, serial sonuncu dəfə noyabrın 26-da yayımlanacaq. Serialın prodüseri Faruk Turqut sosial mediada açıqlama yayıb. O, ekran işinin necə bitəcəyi haqda məlumat verib:"Serialı telekanal bitirir. Reklam gəlirləri kanalı razı salmadığı üçün final qərarı verilib. Amma "Çilek kokusu" yarımçıq yox, xoşbəxt sonluqla bitəcək".
Qeyd edək ki, ekran işinin baş rollarında Demet Özdemir,Yusuf Çim, Ekin Mert Daymaz, Mahir Günşiray, Mine Tugay, Murat Başoğlu və Laçin Ceylan kimi sənətçilər yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB