Aktrisadan yaxşı və pis xəbər

Aktrisa Xuraman Əlizadədən xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, aktrisa nişanlanıb. Bu haqda şairə Nazilə Səfərli xəbər yayıb. O, eyni zamanda aktrisanın əməliyyat keçirdiyini vurğulayıb:"Xuraman xanım əməliyyat olunub. Baş çəkməyə getmişdim. Gözəl bir hadisənin də şahidi oldum. Sən demə, Xuraman xanım nişanlı imiş. Şəkildəki xanım isə Xuramanın gələcək baldızıdır. Qapıdan içəri girəndə gördüm baldızı Xuramana bir qulluq edir ki... Mehriban gəlin-baldız görəndə ürəyim açılır. Başa çıxanlardan olsunlar".

Qeyd edək ki, X.Əlizadə ödündən əməliyyat olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə