"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev 3 il öncə özəl günü üçün yazılan "Dünyamın sabahı" mahnısını bu gün təqdim edib. SİA-ya danışan Ceyhun bəstənin söz və musiqisi özünə məxsus olduğunu deyib: "Toyda iki mahnı nəzərdə tutlmuşdum. Birini Elçin Cəfərova həvalə etdim, səsləndirdi. İkinci mahnını xanımım üçün özüm oxumalı idim. Toyun bütün yükü çiynimə düşdüyündən, mahnını toy gününə hazırlaya bilmədim. Övladım dünyaya gələndən sonra qərara aldım ki, mahnıya nəfəs verim. Hazırda övladım yaş yarımlıqdır. Nəhayət, arzum gerçək oldu".
Ceyhun Əliyev repertuar seçiminə həssas yanaşdığını diqqətə çatdırdı:"Hər mahnı dinləyicini ovsunlaya bilmir. Mahnı seçərkən, dinləyicinin zövqünü nəzərə alıram. Daha vacibi isə sənətkarlarla məsləhətləşirəm. Yeni mahnımı ilk onlara dinlədirəm və fikirlərini öyrəndikdən sonra publikaya təqdim edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB