Tolik Aygünün işçilərini qınadı

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı fikirlər deyib. SİA-nın verdiyi xəbərə görə, Tolik müğənninin ətrafında olan işçilərini qınayıb: "Aygün xanımı çox istəyirəm. Onun ürəyinə bələdəm. Yanında olan bəzi "qaşqaldaqların" sözünə inanıb, hamı ilə dava edib. Amma inanın ki, dava, qalmaqal heç vaxt onun marağında olmayıb. O, sənət üçün yaradılıb. Çox istəyərdim küsülü olduğu həmkarları ilə barışsın. Çünki bəziləri bunu istəmir, yalnız qızışdırmağı bilirlər. Amma sonra Aygün xanım cavab verir. Baxıram gör nə yerə gəlib çatıb ki, sənətdən bixəbərlər də özlərini ulduzların siyahısına qoyur, Aygün xanıma söz deyir. Siz hələ bu sənətdə özünüzü tapın, sonra Aygün xanım haqda danışın".

Bütün xəbərlər Facebook səhifəmizdə