Azərbaycan filmində erotik səhnələr VİDEO

Azərbaycan filmində erotik səhnələr VİDEO

Azərbaycan filmlərində həmişə kiçik də olsa erotik səhnələr yer alıb

ilk belə filmlərdən biri "Babək" kinosudur. Burada kef məclisi səhnəsində erotika elementləri diqqətdən yayınmır. "Babamın babasının babası", "Dədə Qorqud" və "Təhminə" filmləri də açıq-saçıq səhnələr olan filmlərimizdəndir.

Belə səhnələri çəkərkən yerli aktrisalardan yox, daha çox xarici mütəxəssislərdən istifadə olunub.

Belə ki, "Ən vacib müsahibə" filmində baş rolun ifaçısı qadın Moldovadan çağırılmışdı. Filmdə kiçicik öpüşmə səhnəsinə çəkiləcək yerli aktrisa tapmaq mümkün olmamışdı. Rejissor Rasim Ocağovun 1993-cü ildə lentə aldığı "Təhminə" filmində də erotik səhnəni canlandırmaq üçün Türkiyədən Meral Konrat dəvət olunmuşdu.

1987-ci ildə lentə alınan "Babamın babasının babası" filmində də kiçik erotik səhnəni görmək olar. Həmin səhnəni təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə