Aktyor İlham Qasımovun rejissorluq etdiyi "Oğlan evi: Azərbaycansayağı qarət" filminin təqdimat günü bəlli olub. SİA-nın verdiyi xəbərə görə, baş rolda yumorist Fərda Xudaverdiyev, aparıcı İslam Mehrəliyev və aktyor Elcan Rəsulovun çəkildiyi ekran işi dekabrın 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Komediya janrında olan filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir.
Yaradıcı heyət həmçinin ekran işinin çəkiliş prosesindən bəhs edən ayrıca film hazırlayacaqlarını da bildiriblər. Tamaşaçı bütün səhnələrin kadrarxası məqamlarını görmək imkanı əldə edəcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB