Məşhur müğənninin atası onu tanımadı

Mayli Sayrusun atası onu oxşarından ayıra bilməyib
Məşhur müğənninin atası onu tanımadı

Mardi Şeyklford qısa bir zamanda mətbuatın və "İnstagram"ın ulduzuna çevrilib.Mardi Şeyklford xarici görünüşcə dünyaca məşhur müğənni Mayli Sayrusa bənzəyir. Mardi "İnstaqram" hesabında Mayli Sayrus kimi açıq-saçıq və sevimli heyvanları ilə şəkil çəkdirərək paylaşır.

Mayli Sayrusun konsert zamanı atası Billi Sayrus hətta qızını səhv salıb. Mardi ifaçının atası ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb və hər kəsin marağına səbəb olub.

Mardinin sözlətinə görə, müğənniyə bənzəməsi onu 14 yaşından populyarlıq qazandırıb. "Mən ofisiant işləyirdim və hər dəfə yaxınlaşıb mənə deyirdilər ki, "nəcə də siz oxşayırsız" Mayli Sayrusla bənzərliyi Mardiyə gəlir gətirib. O, "Oxşarların şousu"na qatılaraq 2.5 min dollar qazanıb.

Lakin qız deyir ki, ona öz özünəməxsusluğunu qoruyub saxlamaq vacibdir.

Dünyada bir çox məşhur ulduzların oxşarı var. "Real Madrid"in hücumçusu Kriştianu Ronaldunun oxşarı türkdür. ABŞ prezidenti Barak Obamanın oxşarı isə həmyerlimiz Asif Mustafayevdir.

Leonardo Di Kaprionun oxşarı İsveç vətəndaşı Konrad Annerud qısa bir zamanda mətbuatın və "İnstagram"ın ulduzuna çevrilib.Konrad Annerud özü isə bu məşhurluqdan əziyyət çəkdiyini söyləyir: "Məni küçədə "Leo" çağırmaqları çox zaman əsəblərimə toxunur. Bir tərəfdən də xoşdur. Axı Leo yaraşıqlı oğlandır".

Bütün xəbərlər Facebook səhifəmizdə