Zaur Həsənov iki ölkədə çəkdirdiyi klipini təqdim etdi FOTOLAR

Zaur Həsənov iki ölkədə çəkdirdiyi klipini təqdim etdi FOTOLAR

Müğənni Zaur Həsənov mətbuat nümayəndələrini başına cəm edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Tənhayam" adlı klipini təqdim edib.

Tədbiri giriş sözü ilə açan səbəbkar yeni ekran işi haqqında ağızdolusu danışıb: "Bir müddət öncə söz verdiyim kimi klipi iki ölkədə çəkdik. əcəyik və elə də oldu. Belə ki, "Tənhayam" adlı ekran işimi 9 gün İstanbulda və Gürcüstanda lentə aldıq. Mənlə klipdə "Kurtlar Vadisi" serialında rol alan Filiz Ünlü çəkildi. Klipi Anar Seyidov ekranlaşdırıb. Düşürəm ki, ekran işinin çəkilişləri uğurla başa çatıb. Qiyməti isə tamaşaçılar verəcək. Onu da deyim ki, mahnının sözlərində özümü gördüm. "Tənhayam" bəstəsi mənə çox yaxındır".

Nəzərinizə çatdıraq ki, "Tənhayam" mahnısının sözləri Sona Vəliyevaya, musiqisi və aranjimanı İlkin Həsəniyə aiddir.

Qeyd edək ki, təqdimatda Zaur Həsənovu sənət yoldaşı tək qoymayıb. Ona yeni işində dəstək olmaq üçün müğənni Roza Zərgərli, Mənzurə Musayeva, Əbdül Xalid, Elnar Xəlilov, Ceyhun Əliyev, Lamiyə Novruzova, Elgün Hüseynov, "Cahan" qrupu və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə