Müğənni kimdən cavab gözləyir?

Müğənni Elvin Mirzəzadə yeni işi ilə dinləyiciləri sevindirmək fikrindədir. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Hər zaman istəmişəm ki, fərqli layihələrlə tamaşaçıların qarşısına çıxım. Yeni duet ərsəyə gətirmək istəyirəm. Belə ki, fərqli duet ortağı ilə bir araya gələcəyik. Həmin qarşı tərəfə iş təklifini etmişəm. Hələ ki, cavab gözləyirəm. Duet ortağımın adını açıqlamaq istəmirəm. Birdən iş birliyimiz alınmaz. Amma ümid edirəm ki, qarşı tərəf mənə duet oxumaq üçün "hə" cavabını verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə