Sənətçinin "oğurlanmış" maşını tapıldı

Sənətçinin "oğurlanmış" maşını tapıldı

Müğənni Gökhan Özenin "oğurlanmış" maşını tapılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda bahalı avtomobilini məkanlardan birinin qarşısında saxlayan ifaçı qayıdarkən onu yerində görməyib. Təşvişə düşən Gökhan polisə müraciət edərək maşınının oğurlandığını bildirmiş və onun tez bir zamanda tapılmasını istəmişdi. Aparılan araşdırmalardan sonra isə ortaya maraqlı mənzərə çıxıb.

Belə ki, G.Özen avtomobilini düzgün park etməmiş və bu səbəbdən nəqliyyatın hərəkətinə mane olduğu üçün onun maşını evakuator vasitəsilə cərimə meydançasına aparılıbmış.

Bütün xəbərlər Facebook səhifəmizdə