Xalq artisti mətbuat konfransı keçirdi FOTOLAR

Xalq artisti mətbuat konfransı keçirdi FOTOLAR

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının nümayişi olacaq. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı olaraq tamaşada ilk dəfə baş rolu - Gülçöhrə obrazını ifa edəcək, xalq artisti Fidan Hacıyeva mətbuat konfransı keçirib. Fidan Hacıyeva mətbuat konfrasında çıxış edərək bunları deyib: "Uzun illər bu tamaşada Asya rolunu ifa etmişəm. Asyadan sonra Gülçöhrə obrazını ifa etmək mənə çox maraqlıdır. Asya özünü çox sevir, şıltaqdır, amma Gülçöhrə romantik, duyğulu qızdır. Fərqli surətlərdir. Üzeyir bəy Gülçöhrə obrazını soprano səs üçün yazıb. Mənim səsim isə metso-sopranodur. Amma Gülçöhrənin partiyaları məndə uğurlu alınır. Əsərdə Gülçöhrənin 5 mühüm ariyası var. Səhnə məşqləri bitib. Hazırda orkestrin məşqləri davam edir".

Qeyd edək ki, tamaşada əsgər rolunda əməkdar artist Fərid Əliyev, Cahan xala rolunda əməkdar artist Gülüstan Əliyeva, Soltan bəy rolunda əməkdar artist Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda xalq artisti Gülyaz Məmmədova, Vəli rolunda isə əməkdar artist Ələkbər Əliyev çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə