Aktyor: "Qadınlar kişilərdən daha dəyərli varlıqdır" FOTOLAR

Aktyor: "Qadınlar kişilərdən daha dəyərli varlıqdır" FOTOLAR

Aktyor Kərəm Bürsin jurnalların birində müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ulduz fotokamera qarşısına keçərək etiraflar edib: "Anam da, atam da türkdür. Mən 10 aylıq olanda Türkiyədən ayrılmışıq. Atamın işinə görə həyatım boyu gəzib dolaşmışam. Buraya dönmək də ürəyimdən oldu".

Evlilik barədə danışan Kərəm sevgilisi, aktrisa Serenay Sarıkaya ilə münasibətlərinin yaxşı olduğunu deyib: "Evlənmək istəyirəm, bir ailəm, uşaqlarım olsun. Amma hələ yox. Hazırda çox yaxşı münasibətim var. Sevgi insana ilham verir. Məni qadının fikirləri, xəyalları, öz ayaqları üstə dura bilməsi cəlb edir. Dünyada qadın-kişi bərabərliyi yoxdur. Qadınların həyatı daha çətindir. Amma qadınlar kişilərdən daha dəyərli varlıqdırlar. Atam qadınlara qarşı hədsiz hörmətinı mənə də öyrədib. Bununla bağlı çoxlu sosial layihələrdə yer almışam".

Bütün xəbərlər Facebook səhifəmizdə