Gənc müğənni Aytac Vidadiqızı Səlami Şahinin repertuarına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, müğənni türkiyəli həmkarının retro mahnısı olan "Seninle başım dertte" adlı mahnısına müraciət edib. İfa edəcəyi mahnının halallığını almaq üçün Bakıdan Türkiyəyə gedən Aytac xoş təsadüflə qarşılaşıb:"Mahnının icazəsini almaq üçün Səlami Şahin ilə görüşdük. Düzü, mahnının haqqını ödəyib almaq üçün onunla görüşdüm. Bilirəm ki, Türkiyədə bu işlər müəllif hüquqları tərəfindən ciddi şəkildə qorunur. Səsimi eşitdikdən sonra mahnını mənə hədiyyə etdi. Halallıq da verdi. Üstəlik mənə yeni bəstə bağışlayacağını da bildirdi. Söhbət zamanı Səlami Şahinə atamın onun repertuarından ifa etdiyi mahnını dinlətdim. Atamı tanıdığını və ifasını çox bəyəndiyini söylədi".
Müğənni gələn il Səlami Şahin ilə duet oxuyacağını da əlavə etdi:"Mahnını hazır etdikdən sonra ilk olaraq Səlami Şahinə dinlətdim. İfamdan təsirləndi. Mənə duet ifa etməyi təklif etdi. O cür sənətkardan bu təklif məni şoka saldı. Sevincimin həddi-hüdudu yox idi. Duetimiz gələn il işıq üzü görməlidir".
Qeyd edək ki, "Seninle başım dertte" mahnısının sözləri və musiqisi Səlami Şahinə aiddir.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB