Britaniyalı aktyor Rouen Atkinson (Mister Bin) və həyat yoldaşı Sunetra Sastri 24 illik evliliyi bitirmək qərarına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlük boşanır. Boşanma haqqında qərarı Londonun Mərkəzi Ailə məhkəməsində hakim Stiven Alderson verib. İş üzrə dinləmələr bir dəqiqə davam edib. Cütlük məhkəmədə iştirak etməyib.
Nəzərinizə çatdıraq ki, aktyorun arvadından boşanmasına səbəb bir ildən çoxdur 32 yaşlı aktrisa Luiz Fordla bir yerdə olmasıdır.
Qeyd edək ki, Rouen Atkinson və Sunetra Sastri 1990-cu ildə evləniblər. Cütlüyün iki uşağı var.
Rouen Atkinson və Sunetra Sastri

Rouen Atkinson və Luiz Ford

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB