Aktyor sevgilisini döydüyünə görə serialdan qovuldu FOTO

Aktyor sevgilisini döydüyünə görə serialdan qovuldu FOTO

Aktyor Saruhan Hünel sevgilisi Eda Sönmezi döydüyü üçün "Karagül" serialından qovula bilər. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, layihənin prodüseri Şükrü Avşar aktyoru heyətdən çıxarmaq niyyətindədir. 6 aydır sevgilisi olduğu jurnalist E.Sönmezi döydüyü üçün haqqında istintaq başladılan Saruhanın serialdan qovulması üçün sosial mediada da kampaniya başladılıb. Ş.Avşar bu barədə aktyor və telekanalla görüşdükdən sonra dəqiq qərar veriləciyini açıqlayıb.

Qeyd edək ki, Eda Paskal Nouma ilə müsahibə zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşdıqdan sonra sevgilisini qısqanan Saruhan onu döyüb.

Bütün xəbərlər Facebook səhifəmizdə