Sevda İtaliyadan gələn film təklifini rədd etdi

Sevda İtaliyadan gələn film təklifini rədd etdi

Sevilən müğənni Sevda Yahyayevaya da bu dəfə İtaliyadan dəvət gəlib. SİA-nın verdiyi xəbərə görə, daima yaradıcılığındakı yenilikləri ilə fərqlənən Sevda Yahyayevaya italyan rejissordan film təklifi gəlib. Danielle Lukette müğənnini büdcəsi 2 milyon euro təşkil edən filmin çəkilişlərinə dəvət edib. Ərsəyə gələcək melodram janrlı filmin çəkilişləri isə İtaliya və digər Avropa ölkələrində baş tutacaq.Yahyayevaya külli miqdarda qonarar təklif edən rejissorun təklifini müğənni qəbul etməyib. Səbəb isə çəkilişlərdə Yahyayevanın razılaşmadığı səhnələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə