Bayraq gününə həsr olunmuş moda nümayişi FOTOLAR

Bayraq gününə həsr olunmuş moda nümayişi FOTOLAR

Bakıda gənc modellərin Bayraq gününə həsr olunmuş fashion-kids uşaq festivali çərçivəsində moda nümayişi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə 2-13 yaşa qədər modellər iştirak edib. Tədbirin təşkilatçısı Ramazan Bağırov festivalı gənclərin karyera yolunda inkişafı üçün əlverişli fürsət kimi qiymətləndirib:"Hesab edirəm ki, belə tədbirlərin vaxtaşırı təşkili mütləqdir. İştirakçıların çoxu yaxşı mənada təəcübləndirən və model sahəsinin inkişafina ümid verən uşaqlardır".

Jurinin yekun rəyinə görə, birinci yere dizayner Gülüm Əsədullayeva, ikinci yerə Sevinc Rzayeva, üçüncü yerə isə Mehriban Əhmədova layiq görülüb. Sözugedən tədbirə yaradıcı kollektiv də biganə qalmayıb. Qrifon, Hesen Sirzadin rəhbərliyi ile "Abşeron" ritmləri qrupları, Sarabski adına musiqili məktəbin nəzdindəki, "Ayselin" uşaq qrupu, elecə də ifaçılar Suada Ələkbərova ve Rinat Alimov tamaşaçıları öz ifalari ilə sevindiriblər.

Qeyd edək ki, münsiflər heyətinin tərkibinə müğənni Roza Zərgərli, modelyer, incəsənət sahəsi üzrə fəlsəfə elmlər doktoru Gülnarə Xəlilova, model, Könül Əzizova, top stilist Anar Ağakişiyev, dizayner Hökümə Hacıyeva, modelyer Afaq İsmayılzadə, dizayner Zümrüd Mirzəliyeva daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə