"Gangnam Style" ölümsüzləşdiriləcək

"Gangnam Style" ölümsüzləşdiriləcək

Bu ilin sonunda Cənubi Koreyanın paytaxtında "Gangnam Style" rəqsinə heykəl qoyulacaq. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, PSY (Pak Çe San) tərəfindən oynanılan rəqsin çarpazlanmış əl elementi ölümsüzləşdiriləcək.

Layihənin müəllifi heykəltəraş Xvanq Man-Seokdur. Seullular da heykəltəraşın ideyasını dəstəkləyərək, bunun məşhur turist obyektinə çevriləcəyi qənaətindədirlər. Heykəl iri ticarət mərkəzi olan Kannamqu şəhərində ucaldılacaq.

Qeyd edək ki, "Gangnam Style" mahnısı 2012-ci ildə dünya şöhrəti qazanıb. Mahnıya çəkilmiş klip "Youtube"da 2,4 milyard baxışla izlənilmə rekordu qırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə