Sibel Can Bakıda! FOTOLAR

Türkiyəli müğənni Sibel Can Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, sənətçi hazırda otellərin birində qalır. Bakının görüntüsünü videoya çəkib, "İnstagram" səhifəsində paylaşan ifaçı "Bakı", "Sən gəlməz oldun" şərhini yazıb. O, eyni zamanda "Musiqinin qəlbinin atdığı yer – Azərbaycan. Bakıda Böyük Saraydakı konsertimə bütün sənətsevərləri gözləyirəm" deyə, əlavə edib.

Qeyd edək ki, Sibel Can bu gün sözügedən məkanda konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə