Yaşar Cəlilov: “Bir çox insanlar məni müğənni kimi tanımır” MÜSAHİBƏ

Yaşar Cəlilov: “Bir çox insanlar məni müğənni kimi tanımır” MÜSAHİBƏ

Müğənni Yaşar Cəlilovun müsahibəsini SİA oxucularına təqdim edirik:

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Yeni "Olmaz" adlı mahnı üzərində çalışıram. Bəstənin musiqisi Tərlan Məmmədhüseynova, sözləri mənə və Altay Yaşara məxsusdur. Yeni bəstəm "Bilməzdim" mahnımı xatırladır. Ümid edirəm ki, seviləcək.

-"Olmaz" mahnısını "Bilməzdim" bəstənizə bənzətmənizə səbəb nədir?

-Çünki məni görən hər kəs "Bilməzdim" mahnısı kimi yeni bəstə ərsəyə gətirməyimi istədilər. Məndə dinləyicilərin fikirləri ilə razılaşıb, istədiklərini həyata keçirdirəm. Eyni zamanda mənim səsimə lirik mahnılar uyğun gəldiyi üçün qərara gəldim ki, belə bir mahnı ərsəyə gətirim.

-Sözügedən yeni mahnınıza klip çəkdirməyi düşünürsünüz?

-"Olmaz" bəstəsinə ekran işi verdirməyəcəm. Çünki Azərbaycanda klip bazarı yoxdur. Klipə baxan tapılmır. Klipi müğənnilər tamaşaçı üçün yox, özlərinə görə çəkirlər. Bundan sonra ekran işi lentə aldırmaycam. Çünki telekanallar kliplərimizi yayımlamaları üçün biz sənətçilərdən külli miqdarda pul istəyirlər. Klip çəkdirməyimizə peşman edirlər. Şou-biznes nümayəndələrindən kanalllar pul istəməsələr 2 gündən biri yeni klip çəkdirərəm. Onu da deyim ki, zamanında bir neçə mahnıma ekran işi verdirmişəm. Ancaq hazırda kanallara vəsait ödəyə bilmirəm, imkanım yoxdur.

-Neçə ildir səhnədəsiz?

-8 ildir müğənni kimi fəaliyyət göstərirəm. Amma mənim timsalımda bir çox sənətçilərin efirə ehtiyyacı var. Çünki bir çox insanlar məni müğənni kimi tanımır. Ancaq məndən sonra efirə çıxan ifaçıları tanıyırlar. Çünki ya pulu, ya da day-dayı var. Efirlərdə min hoqqadan çıxırlar. Amma mən bunu edə bilmərəm. Çünki özümə hörmət edirəm.

-Şou-biznesdə hansı anlar var ki, onlarla razılaşmırsınız?

-Şou-biznesdə kim nə işlə məşğuldur məni qətiyyən maraqlandırmır. Məni qəzəblədirən məsələ müğənnilərin efir vasitəsi ilə qalmaqal etməlidir. Odur ki, kimin mənə nə sözü var, görüşüb, həll edə bilərik. Hər kəsin tənqidini dinləməyə hazıram. Mənə yalandan şirinlik edən insanların da cavabı var. Dərhal ikiüzlü olmamalarını bildirirəm.

-Şəxsi və iş həyatınızda olduqca aqressivsiniz. Bu qədər hirslənməyinizə səbəb nədir?

-Məni əsəbləşdirən səbrsiz insanlardır. Məni də hövsələdən çıxardırlar. Şou-biznesində keyfiyyətsiz insanlar mən də daha da qıcıqlıq yaradır. Eyni zamanda şou-biznesdə özünü prodüser sayan, amma əslində bir işə yaramayan insanların işimə maneçilik törətmələridir. Özünü prodüser kimi təqdim edir. Amma heç də prodüserlikdən anlayışı yoxdur. İnsaniyətliyə yaraşmayan zidd hərəkətlər edir. Həmin prodüser xanımın adını açıqlaya bilməyəcəm.

Bütün xəbərlər Facebook səhifəmizdə