Aktyor Kənan İmirzalıoğlu və aktrisa sevgilisi Sinem Kobal dostları ilə birgə məkanların birinə toplaşıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onlar restoranda çıxışda paparassilərin hədəfinə düşməmək üçün böyük səy göstəriblər. Qapıda gözləyən jurnalistlərə "məkan bağlandı, içəridə heç kim yoxdur" deyərək restoranın işıqları söndürülüb. Sinem və Kənan dostları ilə birgə bir saat qaranlıqda gözləyiblər.
Daha sonra məşhur sənətçilər planın işə yaramadığını görüb çölə çıxıblar. K.İmirzalıoğlu və S.Kobal avtomobillərinin yanına gələrək onlardan pul istəyən uşaqlara görə bir müddət yubanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB